Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İsmayıl Alper Coşqun: “Azərbaycana münasibətdə dəyişiklik ola bilməz”

“Türkiyədə hansı hökumət olursa olsun, hansı şəxs baş nazir, prezident olursa olsun, Azərbaycana münasibətdə dəstək, qardaşlıq məsələsində bir dəyişiklik ola bilməz”.

Simsar.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.

Səfir qeyd edib ki, Türkiyədə tarixi bir olay yaşanıb və ilk dəfə ümumxalq səsverməsi ilə prezident seçilib: “Ancaq istər Türkiyə prezidenti səlahiyyətlərinin icrasına başlayacaq Rəcəb Tayyib Ərdoğanın, istərsə də Baş nazir səlahiyyətlərini icra edəcək Əhməd Davudoğlunun dediyi kimi bu, bir bitmə deyil, davamdır. Türkiyənin dövlət ənənəsində də davamlılıq əsasdır. Ancaq Türkiyədə bir qan dəyişikliyi yaşanır və bu dəyişikliyin müsbət nəticələrinin olacağını düşünməyimiz lazımdır”.

İ. Coşqun bildirib ki, Türkiyə Nazirlər Kabinetində də dəyişikliklər olacaq. O qeyd edib ki, hər yeni gələcək nazir, Türkiyəni və Azərbaycanla münasibətləri inkişaf etdirməyə çalışacaq. “Rəcəb Tayyib Ərdoğan da ilk rəsmi səfərini gələn həftə Azərbaycana edəcək. Bunun özü bütün suallara cavabdır”, - deyə o vurğulayıb.(APA)

 






28 Avqust, 2014  12:34 Baxılıb: 718 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner