Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Sahib Alıyev: “Ukraynada geosiyasi savaş gedir”

“Prezidentlərin verdikləri açıqlamalar və Minsk görüşü bitər-bitməz həm Kiyevdən, həm də Rusiyadan cəbhə bölgəsinə əlavə qüvvələrin yeridilməsi göstərir ki, tərəflər arasında bir-birinə qarşı nə səmimiyyət, nə də etimad var”.

Bunu Simsar.az-a Milli Məclisin deputatı, politoloq Sahib Alıyev Minskdə Rusya və Ukrayna prezidentləri arasında aparılan danışıqların nəticəsi şərh edərkən deyib.

“Anlaşma o zaman mümkündür ki, onlardan biri digəri üzərində tam üstünlük əldə etsin. Hələlik bu görünmür.Mövqe döyüşləri gedir, üstünlük gah Ukraynanın güc strukturlarının, gah da rusiyalıların tərəfində olur."- politoloq belə deyib.

Rusların Ukraynada gedən savaşı vətəndaş savaşı, ukraynalıların isə vətən savaşı adlandırmasının maraqlı olduğunu deyən ekspert bildirib ki, əslində Ukraynada geosiyasi savaş gedir: “Savaşın necə nəticələnməsindən asılı olmayaraq bu, savaşa qoşulan hər iki tərəf, uduzmuş tərəflərdir. Udan isə iki slavyan xalqını bir-birinin üstünə qaldıranlardır”.

Hüseyn İbadlı

Siyasət Şöbəsi






28 Avqust, 2014  11:41 Baxılıb: 816 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner