Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Təhsil Nazirliyindən Nailə Rzaquliyeva ilə bağlı - Açıqlama

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva pensiya yaşının çatması ilə əlaqədar öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, 1974-cü ildə Azərbaycan Dillər Universitetini ingilis dili müəllimi ixtisası üzrə bitirən Nailə Rzaquliyeva əmək fəaliyyətinə 23 nömrəli məktəbdə başlayıb. Burada ingilis dili müəllimi işləyən Nailə xanım bir müddət həmin təhsil müəssisəsinin direktoru vəzifəsində çalışıb. 2006-cı ildə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri təyin olunan Nailə Rzaquliyeva ötən 8 il ərzində bu vəzifədə fəaliyyət göstərib.

Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2004-cü il tarixli 422 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adı ilə, təhsil nazirinin 22 mart 2005-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. İşlədiyi müddətdə təhsil ictimaiyyəti arasında dərin hörmət, yüksək nüfuz qazanıb.

Nailə xanıma uzun ömür, can sağlığı və uğurlar arzulayırıq.

Aysel Kərimova







28 Avqust, 2014  11:04 Baxılıb: 633 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner