Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Türkiyənin iki məşhur aktyoru İran filmində

İranlı rejissor Mohsen Moseninasab. Türkiyə və Kiprdə çəkəcəyi yeni filmi üçün iki Türk aktyoruna təklif göndərməyə hazırlaşır.

Simsar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Kuzey Güney” serialında Kuzey obrazı ilə İranda böyük tamaşaçı sevgisi qazanan Kıvanç Tatlıtuğ və “Lale Devri” serialının ulduzu Tolqaxan Sayışmanın “Free of Charge” adlı filmində oynamasını istəyən rejissor, artıq ssenariləri hər iki aktyorun menecerlərinə göndərdiyi və ilk görüşlərə başladıqlarını bildirib.

Film bir qrup uşağın Suriya və İraq arasında davam edən döyüşlər səbəbindən İraq sərhəddindən iltica etməyə çalışmasından və qısa müddətdən sonra Türkiyədə insan qaçaqçılığının qurbanına çevirilməsindən bəhs edir.

Rejissor bildirib ki, hadisələr Türkiyə, Kipr və Belçika olmaqla üç ölkədə baş verir. Ancaq Belçikaya viza almağın çətin olduğu və çox xərc apardığı üçün bütün çəkilişləri Türkiyə və Kiprdə aparılmasını planlaşdırır.

Filmin həm də prodüsseri olan Mohesninasab, filmdə İranlı aktyorların iştirak etməyəcəyini və çəkilişlərin Türkiyə və bəzi Ərəb ölkələrində həyata keçiriləcəyini deyib.

Günel

 






28 Avqust, 2014  10:44 Baxılıb: 892 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner