Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Vaqif Mustafayevin doğum günüdür

Bu gün rejissor, ssenarist Vaqif Mustafayevin doğum günüdür. Vaqif Mustafayev  1953-cü ildə Bakıda anadan olub. 3 saylı məktəbdə təhsil alıb. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu, daha sonra Moskvada Ali Rejissorluq və Ssenaristlik kursunun rejissor bölməsini bitirib. "Azərbaycanfilm" kinostudiyasının çəkdiyi bir neçə bədii filmin müəllifidir. Filmləri bir sıra beynəlxalq festivalda mükafatlara layiq görülüb. Dövlət Mükafatı laureatıdır. Sapace televiziya kanalının rəhbəridir.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000- ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

28 avqust 2013-cü ildə Vaqif Mustafayevə Azərbaycanda silsilə sənədli filmlərin yaradılmasında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" verilib.

Vaqif Mustafayev Serbiya İncəsənət Akademiyasının fəxri professoru adına layiq görülüb, bu ali təhsil ocağında sənət adamlarına ustad dərsləri keçib. Serbiya prezidenti Tomislav Nikoliçin qərarı ilə 2 sentyabr 2013-cü ildə Vaqif Mustafayev Azərbaycan və Serbiya arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli "Serbiya bayrağı" ordeni ilə təltif edilib.

 

 






28 Avqust, 2014  08:46 Baxılıb: 883 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner