Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Finlandiyada Azərbaycan musiqilərindən ibarət disk buraxılıb

Finlandiyada yaşayan həmvətənimiz, konservatoriyanın skripka sinfi üzrə professoru Cahangir Ələkbərov 20 ildən çoxdur ki, Skripkaçılar Ansamblına rəhbərlik edir. Simsar.az xəbər verir ki, bu, Kokkola şəhəri Konservatoriyasının nəzdində yaradılmış ilk ansambllardan biridir.

Konservatoriyanın rəhbərliyi ansamblın fəaliyyətinin başa çatması ilə əlaqədar “Skripkaçılar ansamblının konserti” diskini buraxıb. Diskdə bu yaradıcı kollektivin ifasında dünya klassik musiqisi, habelə Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilir. Konsert tanınmış Azərbaycan bəstəkarı Rauf Hacıyevin əsəri ilə başlanır. Diskə Qara Qarayevin “İldırımlı yollarla” baletindən parçalar, “Yeddi gözəl” baletindən vals, habelə Tofiq Quliyevin, Cahangir Cahangirovun əsərləri, fin bəstəkarlarının R.Hacıyev tərəfindən aranjiman edilmiş əsərləri daxildir. Diskin üz qabığında musiqi mədəniyyətinin inkişafına və pedaqoji fəaliyyətə köməyinə görə Cahangir Ələkbərova minnətdarlıq sözləri yazılıb.

Cahangir Ələkbərov  Finlandiyada onun apardığı işin məqsədlərindən biri Azərbaycanın zəngin mədəniyyətini təbliğ etməkdir. Hazırda C.Ələkbərov yeni skripkaçılar ansamblı yaradır. Bu ansamblın tərkibinə Kokkola şəhəri Konservatoriyasının istedadlı tələbələri daxil olacaqdır. C.Ələkbərov deyib: “Yeni ansambl yaratmaqla mən Azərbaycan musiqisinin ecazkar koloritini, melodikliyini, rəngarəng səs çalarlarını Finlandiyanın yeni nəslinə çatdırmaq imkanı əldə edirəm. Şən, temperamentli, dərin mənalı lirik Azərbaycan ritmləri fin dinləyicisinə xoş gəlir”.

 






28 Avqust, 2014  08:12 Baxılıb: 835 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner