Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Rusiyada "McDonalds"lar bağlanır

Rusiya paytaxtında 3 "McDonalds" restoranı bağlanıb.

Simsar.az-ın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiyanın İstehlak Bazarına Nəzarət Xidmətinin ("Rospotrebnadzor") iddiası əsasında paytaxtın Ostankino və Tverskoy rayon məhkəmələrinin qərarı ilə "Prospekt Mir", "Manej" və "Puşkin" meydanlarında yerləşən "McDonalds" restoranlarının fəaliyyəti 90 günlük dayandırılıb.

Qeyd edək ki, Vladivostokdan Kalininqrada qədər Rusiyanın bütün regionlarında ABŞ-ın məşhur fast-food restoranlar şəbəkəsi olan "McDonalds"da "Rospotrebnadzor" tərəfindən ciddi yoxlamalar aparılır. Surqut, Vladimir, Ufa, İjevsk və digər şəhərlərdə yerləşən "McDonalds"larda aparılan yoxlamaların nəticələri paytaxt Moskvaya göndərilib. Yaxın vaxtlarda adı çəkilən regionlarda yerləşən "McDonalds" restoranlarının bağlanması gözlənilir.

"Rospotrebnadzor" bildirir ki, restoranlarda apardığı yoxlamalar zamanı sanitar normaların saysız pozuntuları aşkarlanıb. "McDonalds"ın vəkili Maksim Titarenko isə məhkəmələrin çıxardığı qərarların ədalətsiz olduğunu, 90 gün müddətinə restoranların fəaliyyətinin dayandırılmasının qanunsuz olduğunu bildiriblər: "Sanitar normaların pozuntusuna görə 90 gün müddətinə fəaliyyətin dayandırılması qanunsuzdur".

Qeyd edək ki, Qərbin Rusiyaya iqtisadi sanksiyalarından sonra Moskvada "McDonalds" restoranlar şəbəkəsinə qarşı kampaniya başlayıb. Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski "McDonalds"ın birdəfəlik bağlanması təklifi ilə çıxış edib. Bundan sonra "Rospotrebnadzor" "McDonalds"larda ciddi yoxlamalara başlayıb. Rəsmi Moskva "McDonalds"ların bağlanmasının Qərbin Rusiyaya iqtisadi sanksiyalarına cavab olub-olmaması ilə bağlı sualı hələ də cavabsız qoyub.






27 Avqust, 2014  17:49 Baxılıb: 868 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner