Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Əsgər əsgəri ehtiyatsızlıqdan güllələdi

Hadisə Tovuz rayonundakı hərbi hissədə baş verib

Azərbaycan Ordusunda ölümlə nəticələnən silahlı insident baş verib.

APA-nın məlumatına görə, hadisə aprelin 4-də Müdafiə Nazirliyinin Tovuz rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Yevlax Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü Ramil Boris oğlu Əliyev xidməti silahı ilə ehtiyatsız davranarkən atəş açılıb, güllə əsgər Asif Samir oğlu Əliyevə dəyib. Başından güllə yarası almış A. Əliyev aldığı güllə yarasından dünyasını dəyişib.

1991-ci il təvəllüdlü A. Əliyev Salyan RHK-dan hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma gedir.






5 Aprel, 2011  14:51 Baxılıb: 1279 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner