Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanlı fotoqrafın işləri Beynəlxalq festivalda

Azərbaycanlı fotoqraf Rəna Əfəndinin işləri Honq-Konq Beynəlxalq foto festivalında təqdim ediləcək.

Simsar.az xəbər verir ki, festival avqustun 29-dan noyabrın 3-dək Asiya qadın fotoqrafların iştirakı ilə “Ənənə - anti-ənənə” layihəsi çərçivəsində keçiriləcək.

Rəna Əfəndi 1977-ci ildə Bakıda anadan olub. Azərbaycan Dillər Universitetini bitirərək uzun müddət tərcüməçi işləyib. Uşaqlıqdan rəsm və fotoqrafiyaya böyük marağı olub. 2001-ci ildən sənədli fotoqrafiya ilə məşğuldur.

O, çoxsaylı mükafatlara, o cümlədən dünyanın ən nüfuzlu foto müsabiqəsi olan “World Press Photo” müsabiqəsində 2-ci və 3-cü yerlərə layiq görülüb. 2007-ci ildə Amerikanın “Photo District News” jurnalı Rəna Əfəndini dünyada 30 ən məşhur fotoqraf siyahısına daxil edib. Onun fotoları “Le Monde”, “Le Figaro”, “Liberation, Courrier International”, “Newsweek”, “Days Japan”, “Reponse Photo”, “Oqonek”, “Ekspert” və “Bolşoy Qorod” jurnallarında dərc edilib. Azərbaycan, Türkiyə, Rusiya, Fransa, Almaniya, ABŞ və digər ölkələrdə fərdi sərgiləri keçirilib.

Fotoqraf hazırda Misirdə yaşayır.







27 Avqust, 2014  15:49 Baxılıb: 835 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner