Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Britaniya Ədliyyə Nazirliyi cərimələnəcək

Böyük Britaniya Ədliyyə Nazirliyi məxfi məlumatların mühafizəsini təmin edə bilmədiyinə görə, 180 min funt-sterlinq məbləğində cərimə ödəyəcək.

Simsar.az xəbər verir ki, cərimənin tətbiqi Uiltşir şəhərində yerləşən “Erlestoke” həbsxanasının 3 min məhbusu haqqında informasiyanın olduğu sərt diskin itirilməsi ilə əlaqədardır.

Bildirilir ki, diskdə saxlanılan məlumatlar şifrlənməyib. Bundan əlavə, daşıyıcıda mütəşəkkil cinayətkarlıq, məhbusların qurbanları və onlara baş çəkənlər, eləcə də onların sağlamlığı və dərmanların düzgün istifadə edilməməsi haqqında materiallar olub.

Qeyd edək ki, 2011-ci ildə oxşar insident baş verib. O zaman 16 min cinayətkar haqqında məlumatın olduğu disk cinayətkarların əlinə keçib. Baş verən hadisədən sonra Böyük Britaniya Ədliyyə Nazirliyi informasiyanı şifrləyərək saxlayan ehtiyat surətçıxarma üçün xüsusi sərt diskli yeni sistem təqdim edib. Lakin nazirlik mütəxəssisləri şifrləmə funksiyasının əllə işə salınması barədə məlumat verməyi unudublar.

Nəticədə bu səhvə görə, cinayətkarlar mühafizə olunmayan informasiyanı oğurlaya biliblər.

“ICO”-nun İcra Xidmətinin rəhbəri Stiv Ekkerslinin sözlərinə görə, cərimənin əsas məqsədi, təşkilatlara informasiyanın mühafizəsi üçün avadanlıqlara malik olmaqla yanaşı, ondan istifadə etməyi də bacarmalı olduqlarını anlatmaqdır.

Vüsal Qarayev







27 Avqust, 2014  14:00 Baxılıb: 767 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner