Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Cəbhə bölgəsindəki uşaqlar üçün İSTİRAHƏT

Ermənistanla təmas rayonlarında yaşayan uşaqlar üçün istirahət təşkil edilir

Simsar.az xəbər verir ki, Azərbaycan müharibə vəziyyətini nəzərə alaraq təmas xəttində yerləşən rayonlardan olan uşaqların inkişafı məqsədilə xüsusi tədbirlərin keçirilməsini planlaşdırılır.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, ölkə rəhbərliyinin tapşırığı əsas götürülərək Gənclər və İdman Nazirliyi və  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birlikdə Azərbaycan-Ermənistan sərhəd bölgələrindən, xüsusi ilə təmas xəttinə yaxın rayonlarından olan uşaqların istirahətinin təşkilini nəzərdə tutub.

Bu məqsədlə, 27 avqust – 10 sentyabr 2014-cü il tarixlərində 120 uşağın Bakı şəhəri Şüvəlan qəsəbəsində yerləşən Gənclər və İdman Nazirliyinin nəzdində olan Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində (Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi, döngə 4.) yay düşərgəsi təşkil ediləcək. Düşərgədə Tərtər, Ağdam, Ağstafa, Goranboy və Tovuz rayonlarının Ermənistanla həmsərhəd kəndlərindən olan 10-16 yaşlı uşaqlar istirahət edəcəklər.

İstirahət zamanı uşaqların fiziki və əqli inkişafı məqsədilə müxtəlif fəaliyyətlər həyata keçiriləcək.

Yay düşərgənin açılışı 28 avqust 2014-cü il tarixdə saat 11.00-da baş tutacaq.

Aysel Kərimova

 






27 Avqust, 2014  13:19 Baxılıb: 738 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner