Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“1600 iribuynuzlu heyvan “Nodulyar dermatit”ə yoluxub” – Açıqlama

“Zərdabın bir neçə kəndində 15 gündür ki “Nodulyar dermatit” virusu  mal-qara arasında yayılıb. Xəstəlik rayonda 193 heyvana yoluxub. Onların 144-ü müalicə olunub, 45-i isə müalicə altəndadır”.  Bunu Simsar.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. O deyib ki rayon baytarlıq idarəsi gücləndirilmiş iş rejiminə keçib. Mal-qara saxlanılan bütün ərazilərdə dezinfeksiya işləri aparılıb. Xəstəliyin daha geniş vüsət almasının qarşısı alınıb.

Bərdədə isə xəstəlik baş qaldırandan 190 heyvan “Nodulyar dermatit” virusuna yoluxub. Heyvanların 90 başı müalicə olunub, 100 başı isə müalicə altındadır.  DBX rəsmisi rayon baytarlıq idarəsinə lazımi dərman preparatların göndərildiyini,  və profilaktik tədbirlərə başlanıldığını bildirib. “Mal-qara saxlanılan bütün ərazilərdə dezinfeksiya işləri aparılıb. Xəstəliyin daha geniş vüsət almasının qarşısı alınıb”.

DBX rəsmisi iki aydan uzun müddətdir ki respublikada ancaq iribuynuzlu heyvanlar arasında yayılan “Nodulyar dermatit” virusu ilə mübarizdə  10 rayonda xəstəliyə görə, tədbirlər aparıldığını deyib.“Xəstəliyə yoluxmuş heyvanlar dizinfeksiya edilir, çimizdirilir, siptomatik müalicə edilir. Xətəlik baş qaldırandan indiyı kimi 1600 başdan çox heyvan “Nodulyar dermatit”  xəstəliyinə yoluxub”. O deyib ki, xəstəlik düşən heyvanların 1200 başı müalicə olunub, 400 baş iribuynuzlu heyvan isə hazırda müalicə altındadır. DBX rəsmisi bildirib ki,

“Nodulyar dermatit” xəstəliyi ilə bağlı iribuynuzlular arasında ölüm halları qeydə alınmayıb.

Lakin, xəstəlik baş verən müddətdən indiyə qədər kənar xəstəliklərin təsirindən 11 baş heyvan tələf olub.Yolçu Xanvəlinin sözlərinə görə, “Nodulyar dermatit” xəstəliyinin təsirindən ölüm halı olmayıb. Heyvanlarda immunitet azlığı, orqanizm zəifliyi, qan paraziti, günvurma halları heyvanların təlafatına gətirib çıxarır.

“Buna baxmayaraq xəstəlik baş qaldıran bütün rayonlar dizenfeksiyaedici maddələrlə, ilkin siptomatik müalicə üçün lazımi preparatlarla təmin edilir”.

“Nodulyar dermatit” xəstəliyinin İran və Türkiyədən ağcaqanadlar vasitəsilə ölkəmizə keçdiyini deyən DBX rəsmisi  xəstəliyin Azərbaycanda  bu ilin əvvəlindən müşahidə olunduğunu bildirib.

Xəstəlik həmin  ölkələrin şərq bölgələrinə yaxın ərazilərdə xüsusən Naxçıvanda qeydə alınıb. Daha sonra Dövlət Baytarlıq  Xidmətinin rəsmisi əlavə edib ki, xəstəlik düşən rayonların kəndlərində bu xəstəliyə düçar olmuş heyvanın diri formada kənddən  çıxarılması  qəti qadağandır

“Nodulyar dermatit”  xəstəliyinə  tutlmuş heyvanın əti bilmədən kəsildikdən sonra qaynadılmalıdır.

Xəstəlik sırf iribuynuzlu heyvanlar arasında yayılıb. Onun nə xırda buynuzlu heyvanlara nə də insanlara keçmə təhlükəsi var”.

Qeyd edək ki, ancaq iribuynuzlular arasında baş qaldıran “Nodulyar dermatit” virusu bu ilin əvvəlindən İran və Türkiyəyə yaxın ərazilərimizdə qeydə alınıb.  Xəstəlik iki aydan çox vaxtdır ki, Azərbaycanın 10 rayonunda  iribuynuzlu heyvanlar arasında yayılıb.

Aysel Kərimova






27 Avqust, 2014  11:58 Baxılıb: 1248 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner