Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Almaniya – Azərbaycan turizm əlaqələri genişlənir

Azərbaycanın Almaniyada turizm nümayəndəliyi olan "Aviareps Tourism GmbH" şirkətinin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Azərbaycana turistlərin cəlb olunması üçün Almaniyanın aparıcı turizm şirkətləri ilə ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi və turizm imkanlarının tanıdılması məqsədilə cari ilin 24 - 31 avqust tarixlərində Almaniyanın aparıcı turizm şirkətlərinin nümayəndələri ölkəmizdə tanışlıq səfərindədirlər.

Simsar.az xəbər verir ki, səfər çərçivəsində JW Marriott Absheron Baku mehmanxanasında Almaniyanın aparıcı turizm şirkətləri ilə Azərbaycanın turizm şirkətləri və mehmanxanaları arasında işçi görüşü (workshop) keçirilib. Görüşdə "Geo-travel", "İmprotex travel", "ENC tours", "SW travel", "Regeatravel", "Proxy travel", "Victorytour" turizm şirkətləri və "JW Marriott Absheron Baku", "Austin", "Central Park", "Park İNN" mehmanxanaları iştirak edib.

Görüş çərçivəsində qarşılıqlı turist mübadiləsinə dair danışıqlar aparılb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Həmçinin hər iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsi və Azərbaycanın turizm potensialının tanıdılması çərçivəsində cari ilin 03 - 07 sentyabr tarixlərində Almaniyanın MİCE (işgüzar) turizm nümayəndələrinin və 25 - 30 sentyabr tarixlərində tanınmış KİV nümayəndələrinin ölkəmizə səfəri nəzərdə tutulub.

Günel







27 Avqust, 2014  10:10 Baxılıb: 885 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner