Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

2015-də ABŞ-ı “buz dövrü” gözləyir

198 ildir nəşr olunan “Fermer Almanağı” Amerikanı sərt bir qışın gözlədiyini, qar fırtınaları və şiddətli yağışların yaşanacağını xəbər verib.

Simsar.az xəbər verir ki, “Fermer Almanağı” ötən qış Şimal Qütbünü andıran mənzərələrə səhnə olan ABŞ-ın qarşısında bu il də çətin bir qış mövsümü olduğunu yazıb. Amerikanın Milli Hava Praqnozu Mərkəzinin direktoru  Mike Halpert isə “Qəbul edirik ki, çox da xoş olmayan bir praqnoz vermişik. Qütb soyuqlarının Amerikanın daxili seqmentlərinə qədər təsirini itirmədən necə girdiyini bu gün belə anlamış deyilik” deyib.

198 ildir hər yeni ildə nəşr olunan “Fermer Almanağı”nın redaktorları 2014-2015-in qışı haqqında “Dondurucu soyuqlar gəlir. Amerika və Kanadanı çox çətin bir qış gözləyir” açıqlamasını verib. Uzun müddətdir ki, hava praqnozunda bir neçə dəfə təəccübləndirici uğurlar əldə edən qurum, ölkənin şərqinin soyuq hava axınlarının təsiri altına girəcəyini, çox saylı qar fırtınasının və şiddətli yağışların yaşanacağını bildirib. Vəziyyətin Kanada üçün də fərqli olmayacağını bildirən qurumun redaktoru J. Stillman Kanadada yay ayları da dəhşətli olacağını, istilərin mövsüm normalarının aşaraq, bəzi bölgələrdə istilik rekordu qırılacağını bildirib.

Xatırladaq ki, ötən qış Kanadadan gələn soyuq hava dalğası güclü qar fırtınalarını hərəkətə keçirtmiş nəticədə Amerikanın bir neçə şəhərində həyat daynama nöqtsinə gəlmişdi.

Günel







27 Avqust, 2014  09:26 Baxılıb: 1909 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner