Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Ötən gecənin qara olayları - Xronika

Axar.az FHN-nin rəsmi saytına istinadən bu gecə ölkəmizin bölgələrində baş verən hadisələrin xronikasını təqdim edir:

Yevlax rayonu, Nəmirli kəndində vətəndaşa məxsus ümumi sahəsi 63 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Bakı şəhəri, Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 4 nəfər köməksiz vəziyyətdə qalıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 3-cü mərtəbəyə qaldırıb, qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 04:33-də başa çatıb.

***

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 03:37-də başa çatıb.

***

Bakı şəhəri, Qaradağ rayonunda gücü 630 kVt transformatorun yağı və sarğıları yanıb. Yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunub. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Kürdəmir şəhərində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin giriş qapısını təhlükəsizlik qaydalarına riayət etməklə bayır tərəfdən açaraq, içəri daxil olublar. Mənzildə nəzarətsiz qalmış azyaşlı uşaq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 23:26-da başa çatıb.

 






27 Avqust, 2014  09:11 Baxılıb: 668 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner