Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ebola-nın sonu çatır

Rusiyanın tibb işçiləri Ebola qızdırmasına qarşı eksperimental vaksin işləyib yaradıblar. Bu vaksinin sınaqları artıq ilk müsbət nəticələrini verib.

Simsar.az xəbər verir ki, Rusiya Federasiyasının səhiyyə naziri Veronika Skvortsova bu sözləri “RİA Novosti” Agentliyinə müsahibəsində deyib.

Qeyd edilib ki, Səhiyyə Nazirliyinin D.İ.İvanovski adına Virusologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarından və İstehlakçıların hüquqlarının və insanların rifahının qorunmasına nəzarət üzrə federal xidmətin (“Rospotrebnadzor”) bir əməkdaşından ibarət qabaqcıl qrup Qvineyadan qayıdıb.

V.Skvortsova sonda deyib: “Biz xəstəliyin törədicisini və onun xarakteristikasını öyrənmişik. Klinikadan əvvəlki sınaqlarda yaxşı nəticələr vermiş eksperimental vaksin əldə etmişik. Yeni vaksinin sınaqları davam etdirilir. Ümidvarıq ki, bu sınaqlar uğurlu olacaq”.

Qeyd edək ki, Virusologiya Elmi-Tədqiqat İnstitutu ekologiyanın, insan və heyvan viruslarının epidemiologiyasının və molekulyar biologiyasının öyrənilməsi sahəsində dünyada tanınmış elmi-tədqiqat müəssisələrindən biridir.






26 Avqust, 2014  19:18 Baxılıb: 657 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner