Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Salehi: “İran istənilən təxribatı aşkarlamağa qadirdir”

“İran İslam Respublikası modern laboratoriyaya malik olmaqla nüvə təsisatlarında istənilən təxribatçılıq hərəkətlərini aşkar etməyə qadirdir”.

Simsar.az xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi İRİB-ə  müsahibəsində deyib.

O bildirib ki, İranın nüvə mütəxəssisləri düşmənlərin istənilən təxribatçılıq hərəkətlərini İranın nüvə sənayesi dövriyyəsinə daxil olmazdan öncə aşkar və zərərsizləşdirməyə qadirdirlər: “Stax.net virusunun önlənilməsindən sonra bu təşkilatda ciddi bir "ayıqlıq" başladıldı və elə bu məqsədlə sənaye sahəsindəki təxribatçılıqları aşkar etmək və önləmək üçün lazım olan təchizatlar və laboratoriyalar yaradıldı”.

Salehi əlavə edib: “Baxmayaraq ki, qarşı tərəf İranofobiya, İslamofobiya, təhdid, casusluq, tamahkarlıq, təxribatçılıq, sanksiya, bazarda pozuculuq  və təchizatların idxalına maneə törətmək kimi vasitələrdən istifadə edərək, İranın nüvə fəaliyyətlərini dayandırmağa və ya ən azı bu fəaliyyətlər qarşısında maneələr törətməyə çalışır, amma Tehran quruluşun yüksək səviyyəli rəsmilərinin ayıqlığı və tədbirliliyi nəticəsində İranın nüvə sənayesini qorumaq və inkişaf etdirmək mümkün olub”.

Salehi İran İslam Respublikasının tam şəffaf formada əməkdaşlığa hazır olduğunu deyərək, ümidvarlıq edib ki, qarşı tərəf İranın bu xoşməramlılığından istifadə edərək, anlaşılmazlıqlar və ittihamların aradan qaldırılması istiqamətində addım atsın.

Hüseyn İbadlı







26 Avqust, 2014  17:14 Baxılıb: 655 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner