Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Nazir Litva diplomatını qəbul etdi

Xarici işlər naziri Elmar Məmmədyarov Litva Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Valdas Lastauskası qəbul edib.

Simsar.az xəbər verir ki, səfir Valdas Lastauskas etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir Elmar Məmmədyarov səfir Valdas Lastauskası təyinatı münasibətilə təbrik etmiş və ona fəaliyyətində uğurlar arzu etmişdir. O, Azərbaycan ilə Litva arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib.

Səfir Valdas Lastauskas səfir qismində iki ölkə arasında əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə ikitərəfli siyasi, iqtisadi, mədəni, humanitar və elmi əlaqələrin gələcək inkişaf perspektivləri barəsində fikir mübadiləsi aparılıb.

Hüseyn İbadlı

 






26 Avqust, 2014  15:30 Baxılıb: 634 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner