Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazirlikdən əmək müqavilələri ilə bağlı XƏBƏRDARLIQ

Bu gün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Yasamal və Qaradağ rayonlarının işəgötürənləri üçün "Açıq qapı" günü-vətəndaş forumu keçirib. Simsar.az xəbər verir ki, forumda ƏƏSMN tərəfindən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin cari il iyulun 1-dən istifadəyə verildiyi nəzərə çatdırılıb. Qeyd olunub ki, əmək müqaviləsinin bağlanması, əmək müqaviləsinə dəyişiklik edilməsi və əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir. Yəni bu gün işçi ilə işəgötürən kağız üzərində əmək müqaviləsi bağlayır, lakin onun elektron informasiya sisteminə daxil edərək əmək müqaviləsi bildirişi əldə etməyibsə həmin müqavilə hüquqi qüvvəyə malik olmur. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi üçün onun elektron informasiya sisteminə daxil edilməsi şərtdir.

Tədbirdə vurğulanıb ki, əmək müqavilələri bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi əmək qanunvericiliyinə dövlət nəzarətinin əhəmiyyətli dərəcədə güclənməsinə, işçilərin əmək hüquqlarının daha etibarlı şəkildə qorunmasına gətirib çıxaracaq. Qeydiyyatdan keçirilmiş əmək müqaviləsi bildirişləri işçilər üçün ilk növbədə əmək hüquqlarının və bu hüquqlardan irəli gələn digər, o cümlədən sosial təminat hüquqlarının müdafiəsinin təminat forması olmaqla, həmin müqavilədə göstərilən hüquqlarının icrasını işəgötürəndən tələb etmək üçün onlara hüquqi əsas verir. İşəgötürənlərin işçi hüquqlarının təminatında məsuliyyətdən yayınma hallarının qarşısı alınır. Nəticədə işəgötürənlər qanunvericiliyin tələblərinə daha ciddi şəkildə yanaşmaq və əməl etmək məcburiyyətində qalacaq, işçilərin əmək hüquqlarının qorunması daha keyfiyyətlə həyata keçiriləcək.

Ülviyyə







26 Avqust, 2014  14:22 Baxılıb: 607 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner