Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

TQDK-dan köçürmə xəbərlərinə TƏKZİB

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası bu gün mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib. Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Simsar.az-açıqlamasında bildirib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Təhsil Nazirliyinə heç bir müraciət göndərməyib. Yayılan xəbərlərin heç biri həqiqəti əks etdirmir.

Qeyd edək ki, bu gün bəzi KİV-də Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) Təhsil Nazirliyinə tələbə köçürməsi ilə bağlı şok müraciət göndərdiyi məlumatı yayılıb. Məlumatda 3000 tələbənin köçürmə adı ilə qanunsuz yolla Azərbaycandakı bəzi ali məktəblərə qəbulundan söhbət gedir.

Müraciətdə xüsusilə Azərbaycan Beynəlxalq Universitetinə, Müstəqil Azərbaycan Universitetinə, İctimai-Siyasi Universitetə, Gəncə Təhsil Mərkəzinə daxil olan Məhsəti adına Universitetə, Tovuz Texniki Universitetinə köçürmə adı altında qanunsuz qəbullar edildiyi vurğulanır.

TQDK-nın araşdırması nəticəsində bəlli olub ki, Rusiyadakı ali məktəblərdən köçürmə adı altında Azərbaycandakı təhsil ocaqlarına yerləşdirilən həmin 3000 tələbənin əhəmiyyətli hissəsinin heç xarici pasportu yoxdur. Pasportu olanların isə sənədində giriş-çıxış qeydi yoxdur. Bu da həmin tələbələrin köçürmə adı altında qanunsuz olaraq Azərbaycandakı ali məktəblərə qəbul olunduğunu göstərir. Bu isə o deməkdir ki, həmin tələbələrin diplomları saxtadır.

Həmçinin, məlumatda  Təhsil Nazirliyində köçürmə prosesinə məsul olan İlyar Vahabov və digər vəzifəli şəxslər TQDK-nın müraciətinin qurbanı olması ilə bağlı məqamlar da yer alıb.

Aysel Kərimova







26 Avqust, 2014  14:11 Baxılıb: 735 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner