Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Gəncə14” formu başa çatdı - FOTO

“ASAN Könüllüləri” Gənclər Təşkilatı və “Avropa Gənclər Parlamenti Azərbaycan” nümayəndəliyi ilə birgə 20-24 avqust tarixlərində həyata keçirilən “Gəncə’14” forumu müvəffəqiyyət ilə başa çatıb.

Simsar.az xəbər verir ki, “Arzuladığımız Dünyanı İnnovativ Gələcəklə Quraq” (“Create Innovative Future – Reshape the World”) şüarı altında keçirilən forum 14 ölkədən olan 70 gənci Gəncə şəhərinə toplayıb.

20 avqust tarixində Gəncə şəhəri Heydər Əliyev Mərkəzində Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyev və Andorra Respublikasının ilk baş naziri cənab Oskar Ribas Reiq ilə dəyirmi masa keçiriblər. Görüş zamanı xarici qonaqlara Gəncə şəhəri haqqında ətraflı məlumat verilib.

21 avqust tarixində  “Ramada Hotel”in konfrans zalında   “Gəncə’14”  forumunun rəsmi açılış mərasimi baş tutub. Açılış mərasimində Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin sədri xanım Milana İbrahimova, Təşkilat Komitəsinin həmsədri Tayfun Qüdrətli və üzvü Məhəmməd İbrahimov, Avropa Gənclər Parlamentinin Regional İnkişaf Şurasının üzvü, Prinston Universitetinin fəxri doktoru - Dr. Alan Flovers və forumun Prezidenti Koka Kapanadze çıxış edərək foruma müvəffəqiyyətlər və gənclərə uğurlar arzu ediblər. Daha sonra forum iştirakçılarına  “Gəncə Avropa Gənclər Paytaxtı 2016” ictimai birliyi təqdimat keçirib. Açılış mərasiminin sonunda isə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyev ilə forum iştirakçıları arasında görüş baş tutub. Forum iştirakçıları Gəncə ilə bağlı öz təəssüratlarını şəhər başçısı ilə bölüşmüş və göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını bildiriblər.

Baş Assambleyanın yekununda təqdim edilmiş 6 qətnamənin hər biri qəbul edilib. Qəbul olunan qətnamələr arasında ən çox səs toplayan isə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrində Azərbaycanda 2013-ci ildən fəaliyyət göstərən və vətəndaşlara xidmət sahəsində innovativ dövlət qurumu olan “ASAN Xidmət” modelini təbliğ edən qətnamədir.

Simsar.az






26 Avqust, 2014  12:44 Baxılıb: 924 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner