Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“BİRİNCİ XANIM” kitabının Novosibirskidə təqdimatı keçirildi

Rusiyada fəaliyyət göstərən Türkdilli xalqlarla Slavyan xalqları arasında əməkdaşlıq fondu “Həmrəylik” adlı möhtəşəm bir təbdir keçirib.

Heydər Əliyev adına fondun 10 illik yubileyi, YUNESKONUN və İSESKONUN sülhməramlı səfiri, millət vəkili , Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətinə həsr olunmuş “DOSTLUQ KÖRPÜSÜ” Azərbaycan – Rusiya adlı dövlətlərarası elmi-nəzəri konfrans və musiqili ədəbi-bədii gecədə həm Azərbaycan , həm də Rusiya vətəndaşları çıxışlar edib. Simsar.az xəbər verir ki, gecədə Azərbaycan Mətbuat Şurasını təmsil edən Rəhim Hüseynzadə, Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsini təmsil  edən Elçin Soltanov, həmçinin Azərbaycan Yazıçılar Birliyi adından Rauf Aslanov, şair-publisist Mirkazım Seyidov və  Novasibirskidə yaşayan ictimai-siyasi xadimlər, ziyalılar iştirak edib.

Tədbirdə şair-publisist Mirkazım Seyidovun azərbaycan, rus və ingilis dillərində çapdan çıxmış “BİRİNCİ XANIM” kitabının təqdimat mərasimi keçirilib. Poemanı  Lider TV-nin “Səhər Çağı” proqramının aparıcısı Nuranə Axundova və jurnalist Teyyuba Məmmədova səsləndirib.  Aparıcıların xüsusi geyimi isə tanınmış modelyer Gülnarə Xəlilovanın kolleksiyasına aid olub.

Azərbaycan nümayəndə heyətini elm xadimləri, diaspor təşkilatlarının rəhbərləri, jurnalistlər və sənətçilər təmsil edirdi. Tədbir ərəfəsində Novosibirskidə yaşayan soydaşlarımızla, eləcə də Novosibirski şəhər merinin müavini Gennadi Zaxarovla rəsmi görüşlər keçirilib.

Rusiyalı rejissor Vladimir Krlovun hazırladığı yubiley konsertində xalq artistləri Bilal Əliyev, Simarə İmanova, müğənni Sədaqət Ulduz və musiqiçilər- tar ifaçısı Ramin Rzayev, kamança ifaçısı Anar Yusub iştirak edib. Konsertdə Novosibirski “Qlobus” Dram Teatrının aktyoru Niyaz Ospanbayevin ifasında Rusiyanın və Azərbaycanın fəxri olan  böyük sənərkar Müslüm Maqomayevin repertuarı da səslənib.

Ülviyyə






26 Avqust, 2014  12:34 Baxılıb: 822 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner