Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Zəlzələni öncədən xəbər vermək mümkün oldu

ABŞ-ın San Fransisko şəhərində baş verən 6.1 bal gücündəki zəlzələ erkəndən müəyyən olunub. Zəlzələni Kaliforniya Universitetində yerləşdirilən xəbərdarlıq qurğusu 10 saniyə əvvəl xəbər verib. Sistem səs və işıq sürəti arasındakı fərq əsasında işləyir.

Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, bazar günü meydana gələn zəlzələdən “shakelert” adlı cihaz sayəsində xəbər tutmaq mümkün olub. Zəlzələdən sadəcə 10 saniyə əvvəl xəbərdar olmaq heç nəyi dəyişdirməmiş kimi görünsə də onun inkişafı sayəsində gələcəkdə zəlzələyə 10 saniyə qalmış ictimai nəqliyyatın hərəkətini dayandırmaq və qəzaların qarşısını almaq mümkün olacaq.

Sadə mexanizmlə işləyən qurğu səs sürəti ilə hərəkət edən zəlzələnin mərkəzdən aldığı xəbərdarlığı işıq sürətilə zəlzələ baş verəcək şəhərlərə çatmadan öncə ötürəcək. Amerika mətbuatının iddiasına görə, qurğu bir neçə ilə ərzində Amerika bazarına daxil ola biləcək.

Qeyd edək ki, sözü gedən hadisə son 25 ildə baş verən ən şiddətli zəlzələdir. 3-ü ağır olmaqla 120 nəfərin yaralandığı zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün 1 milyard dollar vəsati lazımdır.

Ülviyyə

 






26 Avqust, 2014  10:24 Baxılıb: 829 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner