Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Rus tankları Ukraynaya girir?

Terrorla Mübarizə Əməliyyatında yer alan Azov Taburu tərəfindən verilən açıqlamada, Rusiya sərhəddindən Ukraynaya çoxsaylı tank, Qrad tipli mərmi və hava topları girdiyi bildirilib.

Simsar.az Rusiya mətbuatına istinadən xəbər verir ki, açıqlamada “Donetsk Xalq Respublikası” nişanlı 30 rus tankından ibarət olan karvan Novoazovsk və Mariupol istiqamətində irəlilədiyi, Ukraynanın Mariupoldakı qüvvələrinin isə döyüşmək  üçün yetərli olmadığı vurğulanıb.

Ukrayna ərazilərinə Rusiyadan girməyə çalışan hərbi maşınlardan ibarət karvanın bir qisminin sərhəddə dayandırıldığı bildirilib. Hərbi Siyasi Araşdırmalar Mərkəzinin Koordinatoru Dmitriy Timuçin bu səhər rus hərbi karvanının Novoazovski ətrafından Ukraynaya girdiyi ilə bağlı xəbəri təsdiq edərək karvanın əsas hissəsinin Ukrayna Silahlı Qüvvələri tərəfindən sərhəddə dayandırıldığını açıqlayıb.

Timuçin, Ukrayna ordusunun vaxtında müdaxiləsi sayəsində karvanın iki hissəyə bölündüyünü, əsas hissəsinin isə terrorla mübarizə qüvvələri tərəfindən açılan atəş nəticəsində geri çəkilməyə məcbur edildiyini deyib. Mariupol Bələdiyyəsi tərəfindən verilən açıqlamada isə Rus meyilli seperatçıların Donetsk bölgəsindəki Novoazovski və Markina şəhərlərinə  hücumlarının Terrorla Mübarizə Qüvvələri tərəfindən qarşısı alındığı qeyd edilib. Hazırda separatçıların Rusiya sərhəddinə tərəf geri çəkildiyi, terrorla mübarizə qüvvələrinin isə onları izlədiyi bildirilib.

Günel

 

 

 

 






26 Avqust, 2014  10:09 Baxılıb: 653 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner