Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hacı Allahşükür Paşazadənin doğum günüdür

Bu gün bütün Qafqazın şeyxi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin doğum günüdür.

Simsar.az xəbər verir ki, Allahşükür Paşazadə 1949-cu il avqustun 26-da Lənkəran rayonunun Cil kəndində anadan olub.

İlk dini təhsilini yerli din adamlarından alıb və 1968-ci ildə Buxarada "Mir-Ərəb" mədrəsəsinə daxil olub. O, dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində başa vurub.

A. Paşazadə 1975-ci ildən QMİ-nin məsul katibi , Təzəpir məscidinin axundu olub. O, 1980–cı ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilmiş və şeyx-ül-islam dərəcəsinə yüksəlib. Bu günə qədər QMİ-nin sədri vəzifəsində çalışır. O, həmçinin Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur.

A. Paşazadə 1992-ci ildə Azərbaycanın, Dağıstanın,Kabardino Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilib.

Ümumdünya İslam Konqresinin idarə heyətinin, Avrasiyanın İslam Şurasının idarə heyətinin və bir sıra başqa beynəlxalq təşkilatların üzvüdür.

Hüseyn İbadlı







26 Avqust, 2014  10:08 Baxılıb: 759 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner