Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Qeyri-rəsmi nikahdan doğulanların sayı 9,5 % artıb” – Açıqlama

Komitə rəsmisi: “Qeyri-rəsmi nigahdan doğulan uşaqların 60 %-i kənd yerlərindəndir”

Azərbaycanda rəsmi nigahı olmayan qadınlar tərəfindən doğulan uşaqların sayı artıb. Dövlət Statistika Komitəsindən Simsar.az-a verilən məlumata görə, 1993-cü ildə ölkə üzrə qeyri rəsmi nigahlardan 8692 uşaq doğulub. Həmin ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların  sayı il ərzində doğulan bütün uşaqların 5%-ni təşkil edib. 2013-cü ildə doğulan belə uşaqların sayı ölkədə doğulan bütün uşaqların 14,5 faizini təşkil edib və onların sayı 25069-a çatıb. Bu rəqəm isə son 20 illə müqayisədə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayında  9,5 faiz  faiz artım olduğunu göstərir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUHDK) Analitik Araşdırmalar və İnformasiya şöbəsinin müdiri Elgün Səfərov Simsar.az-a açıqlamasında qeyri rəsmi nigahda olan qadınlar tərəfindən doğulan uşaqların sayının nə üçün bu qədər çoxaldığını açıqlayıb. Onun sözlərinə görə, ölkədə il ərzində rəsmi  qeydə alınmış nigahda olan qadınlar tərfindən doğulan 172-175 min uşaqların 25-26 mini qeyri rəsmi nigahda olan qadınlar tərfindən  doğulur. Buna səbəb ölkədə dini nikahların artması, bəzi gənc ailələrin daha çox qeyri-rəsmi nigaha üstünlük verməsidir. Onlar ailə əlaqələrinin rəsmiləşdirilməsini vacib amil kimi qəbul etmək istəmirlər. Lakin komitə rəsmisi bu cür nigahların 60-70 faizinin dini məzhəbdə yaşayan ailələrdən ibarət olduğunu bildirdi. Ötən il qeyri-rəsmi nigahda olan qadınlar tərəfindən  doğulan uşaqların 10892-i şəhərdə, 14177-i isə kənd yerlərində doğulub. Bu cür doğuşların 60 faizi kənd yerlərində müşahidə olunur.

Komitə rəsmisi qeyri rəsmi nigahda olan qadınlar tərəfində doğulan uşaqların 35 faizini erkən nigahların təşkil etdiyini deyib. “Erkən nigahlarla mübarizə aparılması məqsədilə regionlarda və şəhərlərdə qabaqlayıcı tədbirlər aparılır. Yerlərdə işləyən dövlət qulluqçuları, İcra hakmiyyəti nümayəndələri, Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri,  Təhsil Nazirliyinin nümayəndələri,  bu sahədə ixtisasartırma kursları keçir, qeyri rəsmi nigahda yaşayan ailələrə izahatlar verir, əhali arasında maarifləndirici tədbirlər görürlər.

Aysel Kərimova

 






25 Avqust, 2014  18:03 Baxılıb: 705 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner