Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Millət vəkilindən qazinin evi ilə bağlı nazirə - Müraciət

“Düz 17 il övlad sahibi ola bilməyən Düz Çırdaxan kənd sakinimiz, Qarabağ müharibəsi qazimiz,Qarabağ müharibəsi əlili Teymur bəy və gözəl xanımı Qəmər xanımın dualarını Yaradan qqbul edib və onlara 17 il sonra 3 gözəl qızı birdən hədiyyə edib. Mehriban,Zəhra və Gülşən”.

Simsar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva şəxsi facebook səhifəsində yazıb.

O, sözügedən ailəyə təbrikə gedən zaman onların məişət şəraitlərini gördüyünü və kömək üçün nazirə müraciət etdiyini bildirib:

“Onların evə ciddi ehtiyacları olduğunu yerində gördük və rayon rəhbərliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova 17 il sonra 3 qızı olan Qarabağ qazimizəi dövlətimiz tərəfindən ev tikilməsi məsələsini xahiş etdim. Sağ olsun cənab nazir. Hər zaman olduğu kimi diqqətlə dinlədi və əlindən gələn dəstəyi edəcəyini dedi. Bu gün Səlim müəllimlə təkrar bu mövzuda danışdıq və yenə əlindən gələn dəstəyi əsirgəməyəcəyini dedi. Bilirəm ki, ev növbəsində gözləyənlər çoxdur amma ümid edirəm ki, Səlim müəllim 17 il sonra Allahın Qarabağ qazimizə hədiyyə göndərdiyi bu 3 qız balamızın normal bir evdə böyüməsi üçün əlindən gələni edəcək vər yaxın zamanlarda bu gözəl 3 qızı dövlətimiz tərəfindən onlara tikilərək hədiyyə edilmiş normal bir evdə böyüyən görəcəyik”.

 






25 Avqust, 2014  17:15 Baxılıb: 723 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner