Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Brayza: “Həmsədrlər BMT qətnamələrinin icrasında məsuliyyət daşıyır”

“ABŞ, Fransa və Rusiya BMT-nin məlum dörd qətnaməsinin yerinə yetirilməsində məsuliyyət daşıyır”

“ABŞ-dakı Erməni Milli Konqresi kimi erməni diaspor təşkilatları  özlərini zərərçəkmiş qurban kimi, Azərbaycanı isə təcavüzkar bir ölkə kimi qələmə verən kampaniyalar həyata keçirdiyi üçün  BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi yerinə yetirilmir”.

Simsar.az “Vestnik Kavkaza” saytına istinadla xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

O bildirib ki, ATƏT Minsk Qrupu qətnamələrin həyata keçirilməsini sürətləndirmir. İraq və Liviya məsələləri ilə əlaqədar BMT TŞ-nin qəbul etdiyi qətnamələri yalnız BMT-nin deyil, həm də ABŞ və Fransanın təşəbbüskarılığı ilə qəbul olunub: “Konfliktin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində birgə fəaliyyət göstərən ABŞ, Fransa və Rusiya qətnamələrin yerinə yetirilməsində məsuliyyət daşıyır”.

O, həmçinin bildirib ki, ABŞ-ın münaqişə zonasından hərbi qüvvələrin çəkilməsi və ya qətnamələrin həyata keçirilməsində israr etmir: “ABŞ Dağlıq Qarabağ probleminin Minsk Qrupu çərçivəsində həll olunacağını gözlədiyir. Konfliktin həllinə kömək etmək üçün aparılan danışıqlarda ABŞ prezidenti Barak Obama və dövlət katibi Con Kerri şəxsən iştirak etməlidir”.

Hüseyn İbadlı

 






25 Avqust, 2014  16:09 Baxılıb: 735 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner