Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev Nursultan Nazarbayevi təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə təbrik ünvanlayıb

Məlumatı AzərTAc dövlət agentliyi yayıb. Təbrikdə deyilir: “Sizin yenidən Qazaxıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin seçkilərdə qələbəniz Qazaxıstan xalqının Sizə yüksək etimadını, Sizin həyata keçirdiyiniz, dövlətçiliyin və hüquqi qaydanın möhkəmlənməsinə, cəmiyyət həyatının bütün sahələrində əsaslı dəyişikliklər aparılmasına yönəlmiş fəaliyyət xəttinizi xalqın dəstəklədiyini təsdiq etdi. Azərbaycanı və Qazaxıstanı çoxəsrlik dostluq, mehriban qonşuluq və əməkdaşlıq telləri bağlayır. Əminəm ki, bu xeyirxah ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz dost xalqlarımızın və ölkələrimizin rifahı naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Hörmətli Nursultan Abişeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və Qazaxıstanın çiçəklənməsi naminə dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayıram”.






4 Aprel, 2011  21:19 Baxılıb: 1205 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner