Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

"Ərdoğanın Azərbaycana zidd istəyi proseslərdən asılıdır" - EKSPERT

“Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyənin yeni seçilən (12-ci prezident) prezidenti Rəcəb Tayyib Ərdoğanın inaqurasiya mərasiminə dəvət olunması bir çox amillərdən aslıdır”.

Bunu Simsar.az-a Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Ərəstun Oruclu məsələyə münasibət bildirərkən deyib.

“Bu Ərdoğanın istəyidir”.

Politoloq bildirib ki, Ərdoğan Baş nazir olduğu müddətdə Ermənistanla münasibətləri normallaşdırmaq istəyirdi: “Göründüyü kimi hələlik heç bir real nəticə yoxdur. Çünki bu yalnız hər iki tərəfin iradəsindən aslı olan məsələ deyil. Bu həm də bölgədəki ümumi vəziyyətdən, Rusiyanın mövqeyindən və Qərbin bu məsələyə yanaşmasından aslıdır. Təbii ki, Türkiyə ən yaxın dövlət olan Azərbaycanın mövqeyini nəzərə alır.

Düşünməyək ki, hər şey asanlıqla tərəflərin istədiyi kimi həll olunacaq. Ermənistanın özündə də məsələyə yanaşma olduca çətin durumdadır. Bir sıra radikal partiyalar, hərəkatlar və qruplar var ki, Türkiyə-Ermənistan yaxınlaşmasının əleyhinədir. Hakimiyyət qarşına müəyyən şərtlər qoyulur. Bu da prosesin sürətlənməsinə mane olur. Ona görə də bir mənalı deyə bilmərəm ki, Ərdoğanın prezidentliyi dövründə Türkiyə-Ermənistan münasibətləri yaxşılaşacaq. Hər şey gedən proseslərdən aslıdır” – ekspert belə deyib.

Ərdoğan ənənəni niyə pozdu?

O, həmçininin Ərdoğanın Azərbaycandan öncə Şimali Kipr Türk Respublikasına səfər etməsi məsələsinə də münasibət bildirib: “Bu əvvələr hakimiyyətdə olan baş nazirlər, prezidentlər dövründə də olub. İlk deyil. Öncə ya Kiprə, ya da Azərbaycana səfər edilsə də qiymətləndirmək çətindir. Amma bu, mümkün siyasətin prioriteti ola bilər.

Hüseyn İbadlı

 






25 Avqust, 2014  14:38 Baxılıb: 755 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner