Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Mixika: “Nobel Barış Mükafatını qazansam, imtina edəcəm”

Uruqvay prezidenti Xose Mixika, Nobel Barış Mükafatının ləğv olunmasını istəyib.

Simsar.az xəbər verir ki, Uruqvay prezident Xose Mixika, İspanyanın “El Mundo” qəzetinə verdiyi müsahibəsində deyib. Adının Nobel Barış Mükafatı namizədləri arasında olmasına qarşı çıxan Xose Mixika, mükafatı qazansa belə ondan imtina edəcəyini açıqlayıb: “Ukraynada, Liviyada, İraqda, Suriyada və Fələstində yaşananlar haqqında danışmaq belə istəmirəm. Bu qədər qan töküldüyü halda, barış mükafatı vermək nəyi ifadə edir ki. Ən yaxşısı bu mükafatın ləğv olunmasıdır”.

Prezident həmçinin soyuq müharibə dövrləri üçün darıxdığını da  söyləyib. O, soyuq müharibə dövründə xalqın çox çətinliklər yaşadığını, ancaq heç bir zaman bu qədər qan tökülmədiyini xatırladıb: “O vaxtlar liderlər oyunu qaydasına görə oynayırdılar. Bir qayda-qanun vardı. Bir telefon zənginə müharibələr dayandırılırdı, indi heç kim durub  mənə soyuq müharibə dövrünü tənqid etməsin” deyib.

Uruqvay prezidenti bir müddət əvvəl verdiyi “İsrail Fələstin xalqına qarşı soyqrım törədir” açıqlaması haqqında verilən suala isə: “Bu sözlərimin arxasındayam” deyə cavab verib.

Xose Mixika baş bu müharibənin ən böyük günahkarının Amerika olduğunu da vurğulamağı unutmayıb: “ABŞ istəsə bölgəyə bir az daha sarışın uşaq göndərib, müharibəni dayandıra bilər. Ancaq bunu istəmir. Hər yerə mavi beretli sülh əsgəri göndərən ABŞ niyə bu yerlərə göndərməkdə çətinlik çəkir. Çünki bu vəziyyət onların işinə yarayır. Bu müharibə kindən və nifrətdən başqa bir şey istehsal etmir”.

Günel

 






25 Avqust, 2014  11:25 Baxılıb: 881 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner