Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Nasistlərə bənzədilən əsir Ukrayna əsgərləri - VİDEO

Dünən Ukraynanın SSRİ-dən ayrılmasının 23 illiyi ölkənin şərqində fərqli şəkildə qeyd edilib.

Əsir alınan Ukrayna əsgərləri, Rusiya meyilli Donetsk silahlıları tərəfindən şəhərin mərkəzi küçəsində nümayişkaranə şəkildə gəzdiriliblər. İkinci dünya müharibəsində də nasist əsirlər Moskva küçələrində eynilə bu şəkildə gəzdirilmişdi. Donetskdə bu alçaldıcı mənzərəni izləyən vətəndaşlar isə “nasistlər”, “alçaqlar” və s sözlər deyərək əsirləri təhqir ediblər.

Diqqəti çəkən digər şey isə əsirlərin ardından su maşınlarının küçəni yuması olub. 1944-cü ildə Qızıl Meydanda nasist əsirlərin gəzdirilməsindən sonra da küçələr belə yuyulmuşdu.

Küçənin yuyulmasının düşmən əsgərlərin küçələri çirkləndirməsi ilə bağlı olması güman edilir. Bölgədən çəkilən fotolarda, bəzi vətəndaşların Ukrayna bayrağını taptaladığı görünür.

Ölkənin cənubunda 4 aydır davam edən vətəndaş müharibəsində BMT-nin məlumatına görə, 2 min insan ölüb, 5 mindən çoxu isə əsir düşüb.

Vüsal Qarayev






25 Avqust, 2014  09:36 Baxılıb: 649 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner