Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Dünya beşik kimi yellənir

Dünən Amerikadan İrana, İslandiyadan Şiliyə qədər dünyanın dörd bir yanından zəlzələ xəbərləri gəldi. Alimlər zəlzələ qurşaqlarının bir-birini hərəkətə gətirməsindən şübhələnirlər.

Amerika: 6.1

 

Kaliforniya əyalətinin şimalında, yerin 10.7 kilometr dərinlikdə yaranan sarsıntının 6.1 gücündə olduğu açıqlanıb.Yanğınlara yol açan zəlzələdə 3-ü ağır olmaqla 87 nəfər yaralanıb. Zəlzələnin ən çox hiss edildiyi Napa şəhərində isə fövqəladə hal elan olunub.

Şili: 6.4

 

Dünən Cənubi Amerikanın zəlzələ qurşağında yerləşən ölkəsi olan Şilidən də sarsıntı xəbəri gəlib. ABŞ Geologiya Mərkəzinin verdiyi açıqlamada Valparaiso şəhəri və ətraf ərazilərdə meydana gələn zəlzələnin gücü  6.4 bal olub.

 

İslandiya: 5.3

Bardarbunqa vulkan dağının lava püskürtməyə başlaması nəticəsində həyəcan təbili çalan İslandiyada dünən iki güclü sarsıntı qeydə alınıb. Rixard şkalası üzrə 5.3 və 5.1 bal gücündə hiss edilən zəlzələnin, ötən həftə Bardarburqanın fəallaşmasından bəri yaşanan ən güclü zəlzələ olduğu bildirilib.

İran:5.6

İranın İylam əyaləti yaxınlığında yerləşən Murmuri şəhəri gecə saatlarından etibarən 5.6 və 5.3 bal gücündə zəlzələ ilə sarılıb.

 

Türkiyə: 4.8

Burdurun Ağlasun rayonunda dünən axşam saatlarında 4.8 bal gücündə zəlzələ meydana gəlib. Ətraf rayonlarda da hiss edilən zəlzələ, həyəcana səbəb olub. Akdenizdə isə Antalya yaxınlığında 4 bal gücündə bir sarsıntı qeydə alınıb.

Günel

 

 






25 Avqust, 2014  09:34 Baxılıb: 642 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner