Erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Müdadfiə Nazirliyindən Simsar.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Simsar.az