Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ermənilərin növbəti yalanı

Ermənistan az qala qərəzli informasiyalar yaymaq üzrə təcrübə qazanıb.

ANS TV-nin məlumatına görə, bu dəfə erməni mətbuatı Azərbaycanda əsir olan Karen Petrosyanın ölümü barədə yalan məlumatlar yayır. Amma açıq aydın məlumdur ki, erməni diversantının ölümü rəsmi Bakının marağında deyil.

Son günlər erməni mətbuatında əsir olaraq Azərbaycan tərəfindən ələ keçirilən diversant Karen Petrosyanın xəstəlikdən qəfil ölümü ilə bağlı qərəzli informasiyanın yayılması təəssüf hissi doğurur.

Üstəlik məsələyə Birləşmiş Ştatlar dövlət departamenti və Fransa xarici işlər nazirliyi səviyyəsində verilən açıqlama Azərbaycan tərəfinin təəccübünə səbəb olub.

Hərbi-diplomatik mənbələrdən əldə edilən məlumatda deyilir ki, Azərbaycan tərəfinin şəffaf şəraitdə faktları və məlumatları beynəlxalq təşkilatlarla bölüşməsi Petrosyanın ölümünün rəsmi Bakının maraqlarında olmamasını sübut edir. Dəstənin ələ keçirilmiş üzvü Karen Petrosyanın ölümünə səbəb kəskin ürək-ağciyər çatışmazlığı səbəb olub.

Hadisə ilə bağlı isə rəsmi olaraq Beynəlxalq Qızıl Xaç komitəsinin Azərbaycan nümayəndəliyi dərhal məlumatlandırılıb. Mənbədən daxil olan məlumatda o da bildirilir ki, terrorçu Karen Petrosyanın ölümündə Azərbaycan tərəfini bu gün günahkar hesab etmək istəyən dairələr nədənsə elə bu il ərzində ələ keçirilmiş erməni əsirlərə göstərilən rəftarı unudur.

Bu ilin yanvarında ermənilərin kəşfiyyat təxribat qrupunun bələdçisi Mamiko Xocayanın və mart ayında Arsen Xocayanın əsir götürülməsinə baxmayaraq, qısa müddətdə qeyd-şərtsiz geri qaytarılması faktı yaddan çıxarılır.

Azərbaycan tərəfi bu şəxslərə qarşı nə zorakılıq, nə də qeyri-insani rəftar kimi hərəkətlərə yol verib. Nə də onlar törətdikləri cinayətlərə görə qanunvericilik çərçivəsində cəza alıb.

Bütün bunlara rəğmən Ermənistan hakimiyyəti Azərbaycan vətəndaşlarına tam fərqli münasibət göstərir. Qohumlarının məzarını ziyarət etmək istəyən Şahbaz Quliyev və Dilqəm Əsgərovun girovluqda saxlanılması, qətlə yetirilmiş Həsən Həsənovun meyitinin Azərbaycan tərəfinə hələ də qaytarılmaması və onların işgəncələrə məruz qalması buna əyani sübutdur.

Azərbaycan tərəfi hesab edir ki, beynəlxalq təşkilatlar girovların və meyitin qaytarılması istiqamətində fəaliyyətini gücləndirməli və Ermənistanın hərbi-siyasi rəhbərliyinə qarşı təzyiq mexanizmlərindən istifadə etməlidirlər.






23 Avqust, 2014  22:37 Baxılıb: 767 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner