Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gəncədə innovativ gələcəklə bağlı forum keçirildi

“ASAN könüllülər” Gənclər Təşkilatı və Avropa Gənclər Parlamenti Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılğı ilə Gəncədə “Arzuladığımız dünyanı innovativ gələcəklə quraq” adlı forumun baş assambleyasının rəsmi açılışı olub. Açılış Heydər Əliyev Mərkəzində keçirilib.

Simsar.az xəbər verir ki, iclasda Gəncə Şəhər İcra Hakimiyyətinin  başçısı Elmar Vəliyev çıxış edərək 15 ölkədən gələn 70 nəfərədək gənci salamlayaraq tədbirin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilən Gəncədə keçirilməsinin əhəmiyyətindən danışıb.

Sonra Azərbaycan ilə Avropa ölkələri arasında inteqrasiya, bilik və mübadilə proseslərini gücləndirmək, Azərbaycan gənclərinin ictimai fəallığını və sosial layihələrdə iştirakını gücləndirmək məqsədilə keçirilən forumda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər fondunun icraçı direktoru Fərhad Hacıyev, Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin 1-ci Beynəlxalq  forumunun prezidenti Koka Kapanadze çıxış edərək Azərbaycanda aparılan gənclər siyasəti sahəsində qazanılan uğurlardan danışaraq bildiriblər ki, Azərbaycan bu sahədə indi bir çox ölkələrə nümunədir və bu sahədə əldə olunan nailiyyətlərin nəticəsidir ki, Gəncə 2016-cı il Avropa Gənclər Pataxtı seçilib.

Sonra Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin 1-ci Beynəlxalq Forumunun Baş Assambleyasının qətnamələrinin müzakirəsinə başlanılıb. Xarici qonaqların da iştirak etdiyi müzakirələrdə irəli sürülən təkliflər nəzərə alınmaqla yekun qərar qəbul edilib. Bununla da forum işinə yekun vurulub.

Simsar.az







23 Avqust, 2014  15:40 Baxılıb: 596 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner