Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Rusiya karvanı Ukraynaya girdi – MÜHARİBƏ BAŞLAYIR?

Rusiya prezidenti Vladimir Putinin göstərişiylə 11 avqustda Ukrayna istiqamətində yola çıxan yardım karvanı, Moskvayla Kiyev arasında 12 günlük yazşmadan sonra, bu sabah Rusiyanın tək tərəfli qərarıyla Ukrayna torpaqlarına girib. Rəsmi Kiyevin bu məsələdə süründürməçilik etdiyini deyən Rusiya tərəfi, “Karvanın Ukrayna torpaqlarına irəliləməsi qərarını verdik. Maşınlar hərəkətə keçdi” – açıqlamasını verib.

Rəsmi Moskva açıqlamasında, Luqanskda xalqın yardım gözlədiyini bildirib: “Kiyev hakimiyyətinin yardımı geçikdirməsinə səbrimiz qalmadı. İnsanlıq dramı yaşanan Luqansk şəhərində xalq bu yardımı gözləyir. Ukrayna hakimiyyəti isə süründürməçilik üçün əlindən gələni edir. Bu səbəblə də Rusiya karvanın ukraynaya girməsi qərarını verdi. Karvanın təhlükəsizliyi üçün lazım olan bütün təminatı verdiyimizi də xatırlatmaq istəyirik. Karvana Beynəlxalq Qızıl Xaç nümayəndələri ilə yanaşı, Rusiya Qızıl Xaç nümayəndələri də izəyəcək”.

Lakin Ukrayna sərhəddini keçərək Luqans istiqamətində irəliləyən yardım karvanına Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin nəzarət etmədiyi ortaya çıxıb.

Qızıl Xaç tərəfindən verilən açıqlamada, bölgədə şiddətli döyüşlər davam etdiyindən, riskə getmədikləri bildirilib.

Xatırladaq ki, rəsmi Kiyev keçən həftə, karvanın qəti şəkildə Rusiyanın nəzarətində ölkəyə girməyəcəyini demişdi.

Politoloqlar, Ukraynanın karvana hücum edəcəyi təqdirdə, Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyini deyirlər.

Vüsal Qarayev








22 Avqust, 2014  17:57 Baxılıb: 815 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner