Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda Beynəlxalq Səhiyyə sərgisi keçiriləcək

Sentyabrın 25-dən 27-dək Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE” sərgisi keçiriləcək.

“BIHE” sərgisinin Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə dəstəyi ilə keçiriləcək.

Sərgidə Azərbaycan, ABŞ, Almaniya, Belarusiya, Böyük Britaniya, İtaliya, İsveçrə, Rusiya, Ukrayna, Türkiyə, Çin və s. ölkələrdən şirkətlər iştirak edəcək.

Ənənəvi olaraq, “BIHE” sərgisində tibbi məhsul və xidmətlərin geniş çeşidi - tibbi və laboratoriya avadanlıqları, stomatoloji avadanlıqlar, əczaçılıq preparatları, birdəfəlik istifadə materialları, dezinfeksiya vasitələri, ortopedik məhsullar, yüksək texnoloji müalicə və diaqnostika metodları, tibbi texnika və s. nümayiş etdiriləcək.

20 il ərzində sərgidə dünyanın 45 ölkəsindən 2 mindən çox şirkət iştirak edib. Sərgidə iştirakın nəticəsi olaraq, şirkətlər arasında müqavilələr imzalanıb, birgə müəssisələr yaradılıb və bazara müasir texnologiya və yeni məhsullar daxil olub.

Sərgi “Tibbi Turizm” sektorunu fəal surətdə inkişaf etdirir və artıq ardıcıl olaraq ikinci ildir ki, beynəlxalq klinikalar Ümumdünya Tibbi Turizm Assosiasiyası və Türkiyə Tibbi Turizm

Assosiasiyasının dəstəyi ilə bu sektorda iştirak edirlər.

Sentyabr ayının 26-da “BIHE 2014” sərgisinin işgüzar proqramı çərçivəsində ilk dəfə “Mamalıq ginekologiya və neonatoloqiya sahəsində müasir diaqnostika və müalicə metodları” adlı konfrans keçiriləcək.

“BIHE” sərgisi ilə paralel keçirilən 8-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan 2014” sərgisində kosmetika bazarının lideri olan peşəkar şirkətlər gözəllik salonları, SPA mərkəzləri və fitness-klublarda geniş istifadə edilən məhsul və texnologiyaları təqdim edəcəklər.

“Beauty Azerbaijan 2014” sərgisində Azərbaycan, BƏƏ, Bəhreyn, Gürcüstan, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və digər dövlətlərdən olan şirkətlər öz məhsullarını təqdim edəcəklər. Ayrı-ayrı bölmələrdə nümayiş olunacaq ekspozisiyalar isə peşəkar kosmetika, bədənə qulluq, aromaterapiya, gözəlik salonları üçün avadanlıqlar, dırnağa qulluq materialları, müalicəvi kosmetika, ətriyyat, saç üçün peşəkar məhsullar, bərbərxana alətləri, aksessuarlar, birdəfəlik istifadə materialları və bir çox digər məhsulları əhatə edəcək. Saçlara forma verilməsi, manikür və dəriyə qulluq prosedurları üzrə aparıcı sahə mütəxəssislərinin iştirakı ilə keçirilən ustad dərsləri (“master-klasslar”) və nümayişlər zamanı istehlakçılar təqdim olunan məhsullarla bilavasitə istifadə əsnasında tanış ola biləcəklər.

Sərginin təşkilatçıları “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı - “ITE Group Plc” şirkətləridir.

 

Ülviyyə

 

 






22 Avqust, 2014  10:12 Baxılıb: 902 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner