Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Almaniya Türkiyəni hədəfə aldı

Türkiyə hədəfə çevrilən yeganə NATO ölkəsidir.

Türkiyə Almaniyanın “izləniləcək hədəf ölkə” adlı siyahısında yer alıb. Alman hökuməti tərəfindən təsdiq və ya inkar edilməsə də Alman kəşfiyyatı bu xəbəri Türkiyənin “Hürriyyət” qəzetinə təsdiqləyiblər. Bildirilib ki, Türkiyə önəmli dövlət olduğu üçün “hədəf ölkə”-dir və sadəcə bir bölümü yox, bütün ölkə Almaniyanın izləmə və dinləməsindədir.

Türkiyə “Əsas Hədəf” ölkədir

Keçən həftədən bir neçə sual dünya gündəmindən düşmür: “Alman kəşfiyyatı NATO müttəfiqi Türkiyəni dinləyirmi?”, “Türkiyədə hansı bölgələr dinlənir?”. Alman hökuməti isə suallara kəşfiyyat səbəbiylə açıq cavab vermir. Lakin Alman kəşfiyyatından bir qaynaq gerçəyi “Hürriyyət”-ə açıqlayıb - “Bəli türkiyə dinlənilir”. Və Türkiyə dinlənən yeganə NATO ölkəsidir. Həm də Türkiyə Alman hökumətinin Federal Xəbəralma Xidmətinə dinlənilməsi üçün verdiyi əsas hədəf ölkələr siyahısındadır.

Alman kəşfiyyatındakı mənbənin sözlərinə görə, “Hökumətin aktual profil sənədində öncə əlifba sırasına görə Alman hökumətinin dinlədiyi ölkələr sıralanır. Sonra detallar gəlir. Türkiyə bu sənəddə Alman hökumətinin “aktual profil” deyə adlandırdığı ana hədəf ölkələr bölümündədir. Sənədlərdə Türkiyənin yeganə NATO ölkəsi olaraq niyə dinlənildiyinin səbəbləri də var. Həqiqətdə Türkiyənin bölgədə çox böyük önəmə sahib olduğu vurğulanır. Türkiyənin sadəcə müəyyən bir bölgəsi yox, bütünü hədəfə alınır. İzlənilməsi lazım olan hədəflərin başında Türkiyənin xarici siyasəti, iqtisadiyyatı, neft kəmər xətti, terrorizimlə mübarizə məsələləri gəlir”.

Davut oğlu qəzəblidir

Xarici işlər naziri Davutoğlu bu məsələylə bağlı, almaniyalı həmkarı Staynmayerlə telefonda danışıb. Alman nazir bu danışıqdan sonra verdiyi açıqlamasında, Davutoğlunun çox qəzəbli olduğunu bildirib.

Vüsal Qarayev







21 Avqust, 2014  10:45 Baxılıb: 882 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner