Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qazsaxlama anbarları genişləndirilir

“Qaradağ” yeraltı qazsaxlama anbarlarında mövcud qazpaylama məntəqəsinin genişləndirilməsi işləri davam etdirilir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən Simsar.az-a bildiriblər ki, anbarlarda quyulara vurulan və quyulardan götürülən qazın həcminin artırılması, eləcə də idarəetmə sisteminin avtomatlaşdırılması məqsədilə aparılan yenidənqurma çərçivəsində 18,6 kilometr uzunluğunda şleyf xətləri çəkilib, bir ədəd dozator nasosxanası tikilib. Bundan əlavə, 12 quyu üçün monifold blok, habelə tədqiqat, qaz və giriş separatorları quraşdırılıb. Dozator nasosxanasından monifoldlara qədər 12 kilometr uzunluğunda metanol xətlərinin çəkilməsi və separatorlarla əlaqələndirilməsi, həmçinin 46 nasos quraşdırılması nəzərdə tutulur.

“Azneft” İstehsalat Birliyinin qaz anbarlarının istismarı idarəsinin sifarişi ilə, “Neftqaztikinti” trestinin 2 nömrəli tikinti-quraşdırma idarəsi tərəfindən aparılan yenidənqurma işləri, ilin sonunadək tam başa çatdırılacaq.

Vüsal Qarayev







21 Avqust, 2014  08:44 Baxılıb: 795 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner