Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Obama: “ABŞ mərhəmətsiz olacaq”

Türkiyə prezidenti Barak Obama, Jurnalist James Foleyin İŞİD militanları tərəfindən başı kəsilərək öldürülməsi məsələsiylə bağlı açıqlama verib. Obama bütün dünyanın bu cinayət qarşısında dəhşətə düşdüyünü deyib.

“Heç bir Tanrı bunu təsdiqləməz”

Foleyin ailəsiylə görüşdüyünü deyən Obama, “Bütün Amerikalılar Foleyin öldürülməsi qarşısında yasa büründü və ailələrindən ayrılan digər Amerikalılar üçün dua edirlər” deyib. Adını İslam Dövləti olaraq dəyişdirsə də, İŞİD olaraq qalan təşkilatın, 21-ci əsrdə yeri olmadığını deyən Obama, “Heç bir ədalətli tanrı, onların etdiyi şeyi təsdiqləməz” deyə bildirib.

Obama, ABŞ-ın James Foleyin qorxunc cinayətinə baxmayaraq, İŞİD-lə mübarizə aparacağını bildirib.

Cihatçı xərçəng

Obama, ABŞ-ın İŞİD-ə qarşı tətikdə və mərhəmətsiz olacağını deyib. ABŞ prezidenti, İŞİD-in qadınları və uşaqları qaçırdığını, insanlara işgəncə verdiyini, zorladığını və əsir aldığını, xristiyan və digər azlıqları hədəf alaraq soyqrım etmək istədiklərini deyib. “ABŞ 10 hədəfi vurdu, çihatçı xərçəngin yayılmasını əngəlləmək üçün birləşməliyik”, deyən Obama, İŞİD-in müsəlman və müsəlman olmayanlar üçün təhlükə olduğunu vurğulayıb: “Qurbanların çoxu müslmanlardır və heç bir din insanlara günahsızları öldürmələrini söyləməz”.

ABŞ güzəştə getmədi

Qeyd edək ki, videodakı İŞİD militanı, ABŞ-ın təşkilata qarşı hava hücumlarını davam etdirməsi halında, digər Amrikalı jurnalist Steven Sotloffun öldürüləcəyini açıqlamışdı. Sotloff, 2013-cü ildə Suriyada qaçrılmışdı. Bu səbəblə ABŞ-ın Sotloffun həyatını riskə atıb-atmayacağı diqqət mərkəzində idi. ABŞ qırıcıları isə dünən Mosul və Ərbil yaxınlarında İŞİD-ə aid 10-dan çox hədəf vurublar.

Vüsal Qarayev






21 Avqust, 2014  08:33 Baxılıb: 979 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner