Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

9 şəhərdən sonra, nəhayət Bakıda

Avqustun 21-dən sentyabrın 7-dək Bakıda “Dünya sübhdən günbatanadək” layihəsi çərçivəsində “Bakı sübhdən günbatanadək” layihəsi keçiriləcək.

“Azanfilm” studiyasından AzərTAc-a bildirilib ki, “Dünya sübhdən günbatanadək” Miroslav Dembinski və Maçyej Driqas tərəfindən yaradılmış orijinal layihədir. Layihə dünyanın müxtəlif şəhərlərindəki kino məktəblərinin tələbələrinə və gənc rejissorlara silsilə seminarların keçirilməsinə əsaslanıb. Bir neçə həftəlik kurs müddətində tələbələr müəllimlərin nəzarəti altında qısametrajlı sənədli filmlər kolleksiyası üzərində birgə çalışırlar. Nəticədə şəhərin canlı təsviri kimi 60 dəqiqəlik sənədli film istehsal olunur.

Layihə hər şəhərdə dörd mərhələdə yerinə yetirilir.

Layihə bu günə qədər 9 şəhərdə - Minks, Kiyev, Moskva, Pekin, Tokio, Tbilisi, Yerevan, Kişinyov və Bıdqoşda həyata keçirilib. 2014-cü ildə Hindistan, Türkiyə və Azərbaycanda keçirilməsi nəzərdə tutulur.

İkinci Bakı Beynəlxalq turizm filmləri festivalı çərçivəsində “Bakı sübhdən günbatanadək” layihəsinin təqdimatı olub. Layihənin ilk master klassı da həmin vaxtda keçirilib.

Avqustun 21-dən sentyabrın 7-dək 20-yə yaxın gənc rejissor master klasslarda iştirak edəcəklər. Təlimlərdə iştirak etmək üçün Polşadan 8 nəfərlik müəllim heyəti Bakıya gəlib.

Layihənin tərəfdaşları Polşanın Adam Mikiyeviç İnstitutu, Polşa Kino İnstitutu, TVP 2 Polşa Milli Televiziyası, Belsat kanalı və Polşa Xarici İşlər Nazirliyidir. Layihənin Azərbaycandakı tərəfdaşı Mədəniyyət və Turizm Nazirliyi və “Azanfilm” studiyasıdır.

AzərTAc






20 Avqust, 2014  18:26 Baxılıb: 621 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner