Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Elçin Behbudov aksiyada tutulanlar və döyülənlərlə görüşdü

“Onun vəziyyəti ağırdır"

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov aprelin 2-də İctimai Palatanın Bakıda keçirməyə cəhd göstərdiyi etiraz aksiyası ilə bağlı monitorinq keçirib. Bu barədə APA-ya hüquq müdafiəçisinin özü məlumat verib. 

Komitə sədri Daxili İşlər Nazirliyinin(DİN) inzibati həbs olunanların saxlanma məntəqəsində, DİN-in hospitalında monitorinq keçirdiyini deyib: “Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanma məntəqəsində saxlanılan şəxslərin saxlanma şəraiti və onlara qarşı münasibətdən şikayətləri yoxdur. Bir neçə nəfər məntəqəyə gətirilərkən ona qarşı zor tətbiq olunduğunu bildirib. Bununla bağlı nazir Ramil Usubova müraciət edəcəyəm”.

E. Behbudov aksiya zamanı xəsarət alan polis əməkdaşlarının müalicə olunduğu DİN-in hospitalında da monitorinq keçirib: “Aksiya zamanı 24 polis əməkdaşı xəsarət alıb. Onlardan 2 nəfəri reanimasiya, 6 nəfəri travmatologiya, 4 nəfəri isə cərrahiyə şöbəsində idi. Qalanları ambulator müalicə alıb”.

E. Behbudov 4 saylı şəhər Klinik Xəstəxanasında müalicə olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Həsən Kərimovun vəziyyəti ilə maraqlandıqlarını da bildirib: “Onun vəziyyəti ağırdır. Bizdə olan məlumata görə, polislər onu evindən aparıblar. Əməkdaşlarımız həmçinin Şirvan şəhərində saxlanılan bir nəfərlə də görüşüblər”.






4 Aprel, 2011  15:53 Baxılıb: 1332 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner