Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Avtomatla iki nəfəri güllələdi

Hadisə Balakən rayonunda olub

Məlumatda bildirilir ki, hadisə aprelin 2-də saat 22.00 radələrində rayonun Şambul kəndində qeydə alınıb. 1955-ci il təvəllüdlü, rayonun Şambul kənd sakini Qədirov Məhəmməd Əli oğlu sərxoş vəziyyətdə həmkəndlisi Bazarova Narzanət Məhəmməd qızının yaşadığı evə gələrək, onunla şəxsi münaqişə zəminində mübahisə etməyə başlayıb. Mübahisə zamanı Narzanət Bazarovanın oğlu 1985-ci il təvəllüdlü Mollayev Murad Ramazan oğlu və qonşusu 1986-cı il təvəllüdlü Amalov Şaban Zeynalabid oğlu da onun yanında olub. Narzanət Bazarova ilə aralarında olan şəxsi münasibətlərə aydınlıq gətirmək istəyən Məhəmməd Qədirov onun oğlu Murad Mollayevə və qonşusu Şaban Amalova üzərində olan avtomat “Kalaşnikov” silahı ilə hədə-qorxu gəlib. M. Mollayev və Ş. Amalov qorxuya düşüb qaçmaq istəyən zaman M. Qədirov əlindəki avtomat silahdan onların arxasınca atəş açıb. Avtomat silahından açılmış atəş nəticəsində Ş. Amalov qarın, M. Mollayev isə topuğundan güllə yarası alınıb. Yaralılar Balakən Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların durumunun orta-ağır olduğu bildirilib. Balakən rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı hadisəni törədən M. Qədirov tutularaq istintaqa təhvil edilib. Balakən rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, 
hadisəni törədən M. Qədorov bir neçə il əvvəl N. Bazarova ilə qeyri-rəsmi nikahda olub. Faktla bağlı Balakən rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.






4 Aprel, 2011  15:10 Baxılıb: 1358 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner