Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

2 ildən sonra küçəyə çıxacaq

İki ildir Londonda Ekvador Səfirliyində yaşayan Julian Assange, yaxın günlərdə elçilikdn çıxacağını bildirib. Çıxan kimi isə İsveçə təhvil verilmək üçün həps edilə bilər.

Gizli ABŞ diplomatik sənədlərini açıqlayan Wikileaks-ın qurucusu Julian Assange, iki ildir qaldığıl Ekvador səfirliyindən yaxın günlərdə çıxacaq. İsveçdə zorlama cinayətindən  haqqında həps qərarı çıxarılan Assange, 19 avqust 2011-ci ildən təhvil verilməmək üçün siyasi sığınacaq aldığı Ekvadorun Londondakı səfirliyinə sığınıb.

İngilis təhlükəsizlik xidmətləri tərəfindən diplomatik ərazinin kənarına çıxacağı anda həps olunacaq Assange, verdiyi qərarı dünən mətbuat konfransında bildirib.

2 il günəş işığı görmədən yaşayıb

Assange, Ekvador Xarici İşlər Naziri Rikardo Patino ilə mətbuat konfransı keçirib. Elçilikdə keçirdiyi zaman boyunca səhhətində problemlər yaşadığını dilə gətirən Assange, lakin mətbuatda səhhətiylə bağlı yayılan xəbərləri yalanlayaraq, ayrılma qərarının bununla bağlı olmadığını deyib: “Yaxında elçilikdən ayrılacam. Lakin bunun səbəbi mətbuatda yayılan məsələlər deyil”. Jurnalistlərin səhhəti ilə bağlı sualına isə Assange, “İki il boyunca qapalı bir məkanda günəş işığı görmədən yaşayan hər hansı bir sağlam insanın səhəttində problemlər çıxa bilər”, cavabını verib.

Ekvadordan insan haqqlarına işarə

Ekvador Xarici İşlər Naziri Patino, Assangeyə verdikləri siyasi siğınma statusunun davam edəcəyini bildirsə də, səfirlik binasından çıxıb təslim olma məsələsinə toxunmayıb. İki ildir böyük qeyri-müəyyənliyin davam etdiyini deyən nazir, “Bu məsələyə bir son verilməlidir. İki il uzun müddətdir. Julian Assangenin azad edilmə vaxt gəldi. Artıq Assangenin insan haqqlarına hörmət edilməsi zamanıdır” deyib.

Ekvadorlu nazir Patino, məsələni müzakirə etmək üçün İngilis kolleqası Philip Hammondla görüşmək istədiyini də bildirib.

5 milyon xərc

İngiltərəylə Ekvador, 2 ildir Wikileaks-ın qurucusu Julian Assangenin məsələsinə diplomatik həll tapa bilmirlər. Polis səfirliyin qarşısında 24 saat növbə çəkməyə davam edir. Səfirlik binasından kənara addım atdığı anda təhvil verilmək üzrə həmən həps ediləcək Assange üçün, bir dənə də polis maşını hazır vəziyyətdə gözləyir.

Assangenin əsarətdə olduğu iki il ərzində, polisin səfirlik önündə gözləmə işləri İngiltərəyə 3.8 milyon sterlinqə başa gəlib. İki il ərzində ümumilikdə bu məsələyə 5 milyon sterlinqdən çox pul xərcləndiyi düşünülür.

Yaşadığı otaq əvvəl tualet olub

Səfirlikdən kənara iki ildir addım ata bilməyən Assange, günəş işığı görmədiyindən D vitamini əksikliyi yaşadığı kimi, sosial problemlər də yaşayır. Assangeni ən son Erik Kontana kimi tanınmış şəxslər ziyarət etsə də, o 4 divar arasında artıq ailəsi kimi olan elçilik işçiləri xaricində, çox nadir hallarda insan üzü görür.

Gündə təxminən 17 saat işləyən Assangeyə dəstək verənlər, hər gün saat 14:00-da elçiliyin qarşısına toplaşırlar. Kənardan yemək sifarişinə 10 min sterlinqdən çox ul xərcləyən Assangeni otağı isə, istifadə edilmyən qadınlar tualetidən hazırlanıb.

Vüsal Qarayev







19 Avqust, 2014  09:54 Baxılıb: 871 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner