Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İran qazını TANAP-la ixrac edəcək

İran İslam Respublikası hasil etdiyi təbii qazı, Trans-Anadolu qaz boru kəməri (TANAP) vasitəsilə Avropaya ixrac etməyi planlaşdırır.

Simsar.az AzərTac-a istinadən xəbər verir ki, bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi məlumat verib. O deyib ki, hazırda rəsmi Tehran Azərbaycan və Türkiyə ərazisindən keçəcək TANAP kəməri vasitəsilə qaz ixracının iqtisadi səmərəsini araşdırır.

M. Vaizi bildirib ki, avqustun 5-də İran-Azərbaycan müştərək iqtisadi komissiyanın 9-cu iclasında iştirak etmək üçün Bakıya səfəri çərçivəsində, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevlə görüşüb. Görüşdə Avropanın təbii qaza olan tələbatını qarşılamaq üçün Azərbaycan ilə İranın əməkdaşlığının vacibliyi vurğulanıb. Bununla yanaşı, Azərbaycanın yeraltı qaz anbarlarından birgə istifadə məsələsi də müzakirə edilib.

Vüsal Qarayev

 







19 Avqust, 2014  09:41 Baxılıb: 840 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner