Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Beynəlxalq Daş Piramidasının açılışı olub

Kanadanın Karlton Pleys şəhərində bu şəhərin rəmzlərindən biri olan Beynəlxalq Daş Piramidasının açılış mərasimi olub.

Tədbirdə Azərbaycanın Kanadadakı səfirliyinin müvəqqəti işlər vəkili Ramil Hüseynli iştirak edib.

Səfirlikdən Simsar.az-a verilən məlumata görə, dünya ölkələrinin dostluğunun rəmzi kimi tanınan bu abidə yerli vətəndaşlar və səfirliklər tərəfindən ianə edilən daşlardan ibarətdir. 2014-cü ilədək piramidada yalnız 20 ölkədən - Cənubi Afrika, ABŞ, Meksika, Çin, Yaponiya, Rusiya, Almaniya, Fransa, Böyük Britaniya, Avstraliya, Polşa, Fransa, “Şotlandiya”, Trinidad və Tobaqo, Keniya, Zimbabve, Kosta Rika, Belçika və İrlandiyadan daş parçaları var idi. Artıq bu ildən Azərbaycan da sözügedən abidəyə töhfə vermiş ölkələr siyahısındadır və ölkəmizin Qarabağ bölgəsindəki Quruçay vadisindən kobud çapma aləti bu abidədə yer alıb.

Mərasimdə çıxış edən Karlton Pleys şəhərinin meri Vendi Löblan abidənin formalaşmasına töhfə vermiş 12 ölkə, o cümlədən Azərbaycana təşəkkürünü ifadə edib.

Tədbirdə iştirak edən səfirliklərin, o cümlədən Azərbaycan səfirliyinin təqdim etdiyi daş parçasının detalları haqqında iştirakçılara məlumat verilib.

 






19 Avqust, 2014  09:04 Baxılıb: 517 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner