Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ədliyyə orqanlarında işləmək istəyənlərə xəbər var

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqə üzrə namizədlərin, qaydalara müvafiq olaraq sənədlərinin toplanması və yoxlanılması prosesi başa çatıb.

Ədliyyə Nazirliyin Müsabiqə Komissiyasından Simsar.az-a verilən məlumatda qeyd olunur ki, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunun tələblərinə cavab verən namizədlər müsabiqənin növbəti mərhələsinə buraxılıb.

Onlarla fərdi qaydada söhbət keçirilməsinə 2014-cü ilin avqust ayının 25-dən etibarən başlanacaq. Bununla bağlı hər bir namizədlə Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) söhbət keçiriləcək. Söhbətin tarixi və vaxtı barədə əvvəlcədən məlumat veriləcək.

Qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış namizədlər peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul  məsələsi həll olunacaq.

Eyni zamanda nazirliyin penitensiar (Bakı şəhəri, Nizami küçəsi 114,www.penitensiar.justice.gov.az, tel: 493-64-41) və tibb xidmətlərinə (Bakı şəhəri, Bülbül prospekti 2, tel: 493-30-91), həmçinin Məhkəmə Ekspertizası Mərkəzinə (Bakı şəhəri, Xəqani küçəsi 14, www.expert.gov.az, tel: 498-09-71) qulluğa qəbulla bağlı müsahibədə iştirak etmək arzusunda olan şəxslərin sənədlərinin qəbulu həmin qurumlarda fəaliyyət göstərən müsabiqə komissiyaları tərəfindən davam etdirilir.

 







18 Avqust, 2014  17:57 Baxılıb: 653 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner