Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Mətbuat Şurasından yeni - Layihə

Azərbaycan Mətbuat Şurası “Azərbaycanın mətbuat məkanında ədəbi dilin qorunmasına dəstək” layihəsinə start verib.

Simsar.az xəbər verir ki,  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdiriləcək layihənin məqsədi mətbuatda ədəbi dilin normalarının pozulmasına qarşı ictimai qınaq metodlarının effektivliyini artırmaqdan, bununla əlaqədar neqativ cəhətlərin aradan qaldırılmasında ictimai aktivliyin təminatından ibarətdir.

Layihə 2014-cü ilin avqust-dekabr aylarını əhatə edəcək. Layihə çərçivəsində Gəncə və Şəki şəhərlərində “Mətbuatda Azərbaycan ədəbi dilinin qorunması: problemlər və perspektivlər” mövzusunda “dəyirmi masa”ların təşkili planlaşdırılır. Həmçinin paytaxtda “Mətbuatda Azərbaycan ədəbi dilinin qorunması: mövcud durum və perspektiv vəzifələr” mövzusunda konfrans da keçiriləcək. “Dəyirmi masa”lar və konfransda kütləvi informasiya vasitələrinin təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin, dilçi alimlərin iştirakı nəzərdə tutulur.






18 Avqust, 2014  16:38 Baxılıb: 652 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner