Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

İlqarə İbrahimova: “Nicat mənə daha yaxın olub”

Aygün Kazımova: “Çıxsınlar İlqarədən üzr istəsinlər!”

Xalq artisti Aygün Kazımova video qalmaqalından sonra qızı ilk dəfə qızı İlqarə ilə ANS-in “Nəzər nöqtəsi” verilişində qonaq olub. 

Simsar.az-ın məlumatına görə, sənətçi videoda görüntüsü olan gənclərin İlqarədən üzr istəməsini tələb edib. 

İlqarə İbrahimova isə videogörüntüdə onunla birgə görüntülənən Nicat ilə üçüncü sinifdən bu günə qədər mehriban dostluq münasibətində olduğunu deyib: “Nicat mənə Orxandan yaxın olub. O da məndən üzr istədi, görürdü ki, videolar yayılandan sonra depressiyadayam, o da pis vəziyyətdədir”.

Aygün Kazımova qarşı tərəfdən 150 min manat istəməsinə dair iddiaları yalanlayıb: “Şükürlər olsun, münasibətimi elə qurmuşam ki, hər ağır günümdə üzə çıxıb həmişə xalqla görüşmüşəm. Mən söylədim: çıxsınlar İlqarədən üzr istəsinlər və İlqarəyə qarşı böyük bir addım atsınlar!”

İlqarə İbrahimova dostlarını bağışladığını deyib və onları evinə çağırıb: “Onları çox istəyirəm, onlar da məni çox istəyir. Hər şey sakit olsun, bu söz-söhbət bitsin. Avropanı birlikdə gəzmişik. Orxanı da, Nicatı da barışığa, evimizə çay içməyə dəvət edirəm”.

Aygün Kazımova müəyyən şəxslərin onların barışmasına mane olduqlarını vurğulayıb: “Onlara məsləhət verən olmasa, üzr istəyərlər. Gəlsinlər evimə, çay içsinlər, mən də bacardığım qədər onlara tort bişirərəm. Heç vaxt bişirməmişəm, lakin bu dəfə edərəm. Düşmənçiliyə nə gərək var, qoy gəlsinlər, hər şey bitsin”.

Aygün Kazımova proqramın sonunda videonu telefonla çəkən Orxan Nəsirovun atası Hacı Daşqına işarə ilə səslənib: “Daşqın müəllim, 150 min yox, 1 milyon 500 mindən söhbət gedir... Barışaq, bu söz-söhbət bitsin”.

Bəstəkar Eldar Mansurov telefonla proqrama qoşulub, Aygün Kazımovaya və qızına dəstək olub.






3 Aprel, 2011  03:57 Baxılıb: 2898 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner